Ülvi Bünyadzadənin anım mərasimi keçirildi

23 Sentyabr 2010-cu il tarixində Azərbaycan Dillər Universitetinin əsas tədris binasının foyesində TGT-nin təşkilatçılığı ilə 20 yanvar şəhidi Ülvi Bünyadzadənin doğum gününə həsr olunmuş anım mərasimi keçirildi. Mərasimdən əvvəl universitetin müəllim-tələbə heyəti və ADU TGT üzvləri Şəhidlər Xiyabanınını ziyarət edərək şəhidin məzarı önünə tər qərənfillər düzdülər.

 Daha sonra tədbir ADU-da şəhidin adını daşıyan muzey-lektoriyanın qarşısında  davam etdirildi.  Tədbirdə universitet rəhbərliyi, Tələbə Gənclər Təşkilatının üzvləri, ADU tələbələri və Ülvi Bünyadzadənin atası Yusif Rəcəbov iştirak edirdi. Anım mərasimini Tələbə Gənclər Təşkilatı Elm Departamentinin və “Ülvi” vətənpərvərlər klubunun rəhbəri Kamil Zeynalov açaraq  Ülvinin  vətən uğrunda göstərdiyi şücaətdən söz açdı. Mərasimdə çıxış edən  ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov Azərbaycan xalqının azadlıq uğrunda  apardığı mübarizədə minlərlə oğul və qızlarımızın vətən uğrunda öz canlarını fəda etmələrindən və onların şəhidlik zirvəsinə ucaldıqlarından danışdı.  Daha sonra çıxış edən Fəlsəfə kafedrasının  professoru  Məhəmməd Teymurlu Ülvi haqqında xatirələrdən söhbət açdı. Şəhidin  ADU-da  təhsil  alan hər bir tələbənin cəsarət nümunəsinə çevriləcəyindən danışan Məhəmməd Teymurlu Ülvinin qəlblərdə  əbədi yanar məşəl yandırdığını qeyd etdi.  

Ülvinin qəhrəmanlığından, cəsarətindən  ADU TGT fəalları da danışdılar. Filologiya fakültəsinin 4-cü kurs tələbəsi, ADU TGT-nin Mədəniyyət  Departamentinin Direktoru  Könül Yaqubova  Ülvinin onun üçün qürur mənbəyi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı: “ Mən fəxr edirəm ki, Ülvinin  təhsil aldığı universitetdə oxuyur, onun  oturduğu auditoryada  dərs keçirəm”. Daha sonra ADU TGT-nin fəalları Aytən Hüseynova ve Əmir Hacılı Ülvi Bünyadzadənin yazdığı şeirləri söylədilər.

Tədbirdə iştirak edən Yusif Rəcəbov oğlunun vətənə olan sevgisindən söz açaraq Ülvi Bünyadzadə ilə bağlı bir sıra xatirələri tədbir iştirakçıları ilə bölüşdü.

Tədbir Kamil Zeynalovun sözləri ilə sona çatdı.

 

Mailə Şamıyeva

TGT Media işçi qrupunun üzvü

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

 

About these ads

adutgt haqqında

Bu Blog Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının informasiya orqanıdır.Blogda Təşkilatın fəaliyyəti,tələbələri maraqlandıran tədbirlər haqqında geniş məlumat veriləcəkdir.
Bu yazı Tədbirlər içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Ülvi Bünyadzadənin anım mərasimi keçirildi üçün cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s