Avropa Gənclər Kartı (EYCA) artıq Azərbaycanda

9 dekabr 2010-cu il tarixində saat 15.00-da PARK INN otelinin Nizami zalında Avropa gənclər kartının təqdimat mərasimi keçiriləcək.

            ATGTİ mətbuat xidmətindən aldığımız məlumata görə, tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, “Xəzər” İnvestisiya Mərkəzinin rəhbəri Elşən Musayev, Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) sədri Şahin İsmayilov iştirak edəcəklər.

            Avropa gənclər kartı nədir?

            Avropa gənclər endirim kartıdır və Azərbaycanda Avropa Gəncələr Kartlar Assosiasiya, “Xəzər” İnvestisiya Mərkəzi və ATGTİ birlikdə bu bu proqramı tətbiq edirlər. Bu vəsiqə avropa tələbə biletidir və eyni zamanda endirim kartıdır. Adı gedən vəsiqə 12-30 yaşları arasındakı şəxslərə verirlir və bu vəsiqənin istifadəçiləri 41 Avropa ölkəsində 100000-dən çox xüsusi endirim imkanları əldə edirlər.

            Avropa gənclər proqramının əsas məqsədi gənclərə sosial-iqtisadi baxımdan dəstək olmaqdır. Avropa gənclər Avropa gənclər kartının tətbiqi ilə respublika daxilində və ölkənin xaricində gənclərimizin plastik kartlardan istifadə əmsalı artacaq.

            Qeyd edək ki, adı gedən vəsiqə ümümavropa endirim sisteminə daxil edilib və Avropa Şurası, Avropa İttifaqı, Avropa Şurası gənclər və idman İdarəsi, Avropa Gənclər Forumu, Avropa Könüllülər, Avropa Xostellər Assosiasiya və Avropa Dəmiryolları Assosiasiya tərəfindən dəstəklənir. EYCA-nın şüarı, “Qənaət edilmiş pul, qazanılmış puldur”.

Günay Qəhrəmanova

TGT İctimaiyyətlə Əlaqələr Departamentinin Direktoru

 

About these ads

adutgt haqqında

Bu Blog Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının informasiya orqanıdır.Blogda Təşkilatın fəaliyyəti,tələbələri maraqlandıran tədbirlər haqqında geniş məlumat veriləcəkdir.
Bu yazı Xəbərlər içində dərc edildi və , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Avropa Gənclər Kartı (EYCA) artıq Azərbaycanda üçün cavab

  1. sevas dedi ki:

    bu endirim karti tahsila aid edilir yoxsa neca

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s