Tələbə Gənclər Təşkilatının iclası keçirildi

25 sentyabr 2010-cu il tarixində ADU Tələbə Gənclər Təşkilatı əsas binanın akt zalında yeni üzvləri ilə görüş keçirdi. Görüşdə 150dən çox tələbə iştirak edirdi ki, bunun da əksəriyyəti 1-ci və 2-ci kurslar idi. İclas ATGTİ və ADU TGT sədri Şahin İsmayılovun giriş sözləri ilə açıq elan edildi. Şahin müəllim 100 eşitməkdənsə,  bircə dəfə görmək yaxşıdı prinsipinə əməl edərək yeni üzvlərimizi  TGT-nin 5 illik fəaliyyətinə həsr olunmuş  4 deqiqəlik video çarxa  baxmağa dəvət etdi. Daha sonra tələbələr ATGTİ haqda çəkilmiş kinoya baxdılar. ADU Tələbə Gənclər Təşkilatı sədr müavini Cəmil Hüseynov təşkilatın quruluşunu əks etdirən təqdimat əsasında tələbələri TGT-nin sturkturu ilə tanış elədi. Sözə Tərbiyə İşləri üzrə prorektor Ələddin Əliyev davam edərək təşkilatın qısa tarixindən danışdı. Ələddin müəllim TGT-də işləməyin böyük məsuliyyət tələb etdiyini bildirərək hər kəsin bu məsuliyyəti dərk etməsini qeyd etdi.

Şahin müəllim təşkilatın keçən il gördüyü işlərdən danışaraq tələbələri aktiv fəaliyyətə çağırdı. Sədr müavini Röya Abbasova Şahin müəllimin sözlərini davam elətdirərək TGT üzvlərimizin qarşılarına çıxan problemlərdən və birgə bu problemlərin həll etmələrindən danışdı.  Daha sonra TGT sədrimiz tələbələri fakültə sədrləri və təşkilatımızın aktiv üzvləri ilə tanış elədi və aramıza qoşulan yeni tələbələrə uğurlar arzu edərək iclası bağlı elan etdi. Akt zalında iclas yekunlaşsa da,  auditoriyalarda fakültə tələbələrinin fakültə sədrlər ilə kiçicik görüşü oldu. Tələbələr sədrlər, sədr müavinləri və aktivlərimizlə yaxından tanış oldular. Yeni üzvlərimizə görəcəyimiz işlər qısaca izah edildi.

Artıq TGT-yə üzvlük başlandı, sentyabrın 27-dən yeni üzvlərin qeydiyyatı olacaq.

 

Günay Qəhrəmanova

TGT İctimaiyyətlə Əlaqələr Departamentinin Direktoru

 

adutgt haqqında

Bu Blog Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının informasiya orqanıdır.Blogda Təşkilatın fəaliyyəti,tələbələri maraqlandıran tədbirlər haqqında geniş məlumat veriləcəkdir.
Bu yazı Tədbirlər kateqoriyasında dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Tələbə Gənclər Təşkilatının iclası keçirildi üçün cavab

  1. kamil dedi ki:

    Menim birce sheye iradim var: ADU TGT-nin slaydinda elm ve intellekti eks etdiren Intellektual TUrnirlerden bir dewne de olsun foto qoyulmamishdi, halbuki ADU ile bagli butun sehife ve qruplarda kifayet qeder shekil var. Umidvaram ki, tezlikle bu tip shekiller de slayda salinacaq. Bu, hem de edaletli olardi her sheyden qabaq. Diger terefden ise ADU-nun intellektual mubarizelerin de merkezi olmasina bir ishare kimi sayilardi..

Bir şərh yazın